Modern.az

Əli Həsənovun nəvəsi komendaturaya göndərilib

Əli Həsənovun nəvəsi komendaturaya göndərilib

2 Avqust 2018, 20:29

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev komendaturaya göndərilib. Modern.az xəbər verir ki, bunu Virtualaz.org-a Nail Allahverdiyevin vəkili Muxtar Mustafayev bildirib.

Vəkilin sözlərinə görə, onun müdafiə etdiyi şəxs azadlığa buraxılmayıb.


Vəkil deyib ki, məhkəmənin qərarı ilə Nail Allahverdiyevin cəzası 5 il azadlıqdan məhrumetməyə qədər azaldılıb və bu müddətin yerdə qalan hissəsini o, məntəqə tipli islah müəssisəsində keçirəcək. N.Allahverdiyevin həbsindən artıq 1 il keçir.

 

Qeyd edək ki, 2017-ci il avqustun 3-də Heydər Əliyev prospektində Nail Allahverdiyevin idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobil qarşıdakı maşına dəyərək idarəetməni itirib və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan 3 piyadanı vurub. Hadisə nəticəsində Mehdi Əliyev, Vaqif Əsədov həlak olub. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir