Modern.az

Tramp Şimali Koreya liderinə  cavab verdi

Tramp Şimali Koreya liderinə  cavab verdi

2 Avqust 2018, 23:39

Amerika tərəfi KXDR lideri Kim Çen Inın ABŞ prezidenti Donald Trampa ünvanladığı məktuba cavab verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Sara Sanders bildirib.

 

Sara Sanders bildirib ki, Kimin Trampa məktubuna cavab verilib: “O, tezliklə çatdırılacaq. Məktub Sinqapurdaki sammitdə liderlərin üzərinə götürdükləri öhdəliklərə dair birgə bəyanata həsr olunub”.

 

Sara Sanders həmçinin qeyd edib ki, Amerika prezidentinin Kim Çen Inla görüşü barədə bəyanatına baxmayaraq, hazırda iki liderin qrafikində belə bir görüş yoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır