Modern.az

Tramp Putinlə dil tapdığını bəyan etdi  

Tramp Putinlə dil tapdığını bəyan etdi   

3 Avqust 2018, 09:17

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yola gedə bildiyini bəyan edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə çıxış edərkən bildirib.

 

"Helsinkidə mən Vladimir Putinlə yaxşı bir görüş keçirdim. Biz hər şeyi müzakirə etdik. Və həqiqətən yaxşı müzakirə üçün dil tapdıq", - ABŞ lideri bildirib.

 

Bununla yanaşı, Tramp onu da əlavə edib ki, ötən zirvə toplantısı ərəfəsində çoxları ABŞ-dan sərt reaksiya gözləyirmiş, hətta rusiyalı həmkarı ilə görüşün "boks oyun"una bənzəyəcəyini düşünənlər də varmış.


Xatırladaq ki, prezidentlər arasında ilk tammiqyaslı danışıqlar iyulun 16-də Helsinkidə olub. Prezidentlər əvvəlcə iki saat təkbətək, daha sonra isə geniş tərkibdə nümayəndə heyəti ilə birgə danışıqlar aparmışdı. Görüşün yekununda liderlər iki ölkə münasibətlərinin yaxşılaşdırılmasında maraqlı olduqlarını bildirmişdilər.


Putinlə Тrampın növbəti görüşü 2019-ci ildə keçiriləcək. Həmin görüş çərçivəsində ABŞ prezidenti İsrailin təhlükəsizlik məsələləri, terrorizmə qarşı mübarizə, nüvə silahının yayılmaması mövzusunda, iqtisadi əməkdaşlıq, Ukrayna, Yaxın Şərqdə sülh, Şimali Koreya və digər məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir