Modern.az

Erməni əlində olan azərbaycanlı əsir və girovların yeni STATİSTİKASI - 29 uşaq, 98 qadın, 604 hərbçi...  

Erməni əlində olan azərbaycanlı əsir və girovların yeni STATİSTİKASI - 29 uşaq, 98 qadın, 604 hərbçi...    

Hadisə

3 Avqust 2018, 11:42

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 avqust 2018-ci il tarixinə 3875 nəfərdir.

Dövlət Komissiyasının İşçi qrupundan Modern.az-a verilən məlumata görə,  rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3168 nəfər, mülki şəxslərin sayı 707  nəfərdir. Ümumilikdə itkinlərin 3610 nəfərini kişilər,265 nəfərini qadınlar təşkil edir.

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 67 nəfər, qadınlar 265 nəfər, qocalar 324 nəfərdir.

 

Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir.  Bunlardan 773-ü kişilər, 98-i qadınlardır.

Əsir-girov götürüldüyü bildirlən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir. Mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.


1 avqust 2018-ci il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1476 nəfər olub. Onlardan hərbçilər 362 nəfər, mülki şəxslər 1114 nəfər təşkil edib.

Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin  223-ü  uşaqlar,  363-ü qadınlar,  224-ü qocalar olub.



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir