Modern.az

Dünya bazarında qara qızıl bahalaşdı

Dünya bazarında qara qızıl bahalaşdı

3 Avqust 2018, 23:56

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 2-də 73,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 2-də 70,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 2-də 73,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi