Modern.az

İsrail İsveç gəmisini saxladı – sərnişinlərə işgəncə verildi

İsrail İsveç gəmisini saxladı – sərnişinlərə işgəncə verildi

4 Avqust 2018, 10:31

İsrail hərbçiləri Qəzza zolağının dəniz blokadası ərazisində həftə ərzində daha bir gəmini ələ keçiriblər.

 

Modern.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu dəfə İsveç bayrağı altında üzən “Freedom” gəmisi saxlanılıb.

 

Gəminin içərisində 12 fələstinli və tibbi yardım olduğu bildirilir.

 

Gəminin Norveç bayrağı altında üzən və saxlanılan “Əl Əuda” (Qayıdış) gəmisinin ardınca blokadanı yarmağa cəhd etdiyi qeyd edilir.

 

“Gecə saatlarında İsrail hərbi dəniz qüvvələri Qəzza zolağına tətbiq edilən qanuni dəniz blokadasını yarmaq üçün Avropadan gələn gəmini ələ keçirib. Gəminin hərəkəti izlənilib və o beynəlxalq hüquqa uyğun olaraq saxlanılıb” – mətbuata verilən şərhdə qeyd edilir.

 

Gəmi ələ keçirilərkən heç bir xüsusi halların baş vermədiyi bildirilir. Eyni bu cür bəyanat “Əl Əud gəmisinin saxlanılması zamanı da deyilmişdi. Lakin gəminin sərnişinləri döyüldükləri elektroşok və qan dövranına mane olan qandalların tətbiq edildiyini bildirib.

 

Qeyd edək ki, İsrail hökuməti Qəzza zolağına qanunsuz silah gətirilməsinin qarşısını almaq üçün blokada tətbiq edirlər. Lakin ictimai fəallar bunun kütləvi cəzalandırma üsulu olduğuna əmindirlər. Ələ keçirilən gəmilərdəki humanitar yüklər isə quru yolu ilə Qəzza bölgəsinə göndərilir.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər