Modern.az

Vüsalə Mahirqızı: “39 yaşla bağlı yaxşı bir hesabatım var”

Vüsalə Mahirqızı: “39 yaşla bağlı yaxşı bir hesabatım var”

Media

5 Avqust 2018, 11:30

Bu gün “APA Holding”in prezidenti  Vüsalə Mahirqızının doğum günüdür. Vüsalə xanımın 39 yaşı tamam olur.

Bu münasibətlə Modern.az saytı qısaca olaraq Vüsalə Mahirqızının doğum günü təəssüratlarını öyrənib.


“Çox şadam ki, ətrafımda məni sevən, hörmət edən bu qədər insan var. Ailə üzvlərim, iş yoldaşlarım, həmkarlarım,  dostlarımın hamısı təbrik edirlər, gözəl sözlər, xoş arzular ünvanlamaqda da davam edirlər. Evdəyəm. Ailəmlə birgə doğum günümü qeyd edəcəm. Yaxşı dostların, insanların əhatəsindəyəm. Doğum günümü təbrik edən hər kəsə minnətdaram. Sağ olsunlar”. 

Vüsalə Mahirqızı yaşını deməkdən qorxmadığını bildirib.

“Qadınların çoxu yaşını söyləməkdən çəkinir. 39 yaşımın olduğunu  deməkdən qorxmuram. Çünki 39 yaşla bağlı  yaxşı bir hesabatım var. Bəzən deyirlər ki, bu həyatda insana insanlar qalmır. Düşünürəm ki, insanların münasibətləri, sevgisi, hətta qəzəbi də çox önəmlidir”.

Qeyd edək ki, Vüsalə Mahirqızı 1979-cu ilin bu günü Ucarda anadan olub. Əməkdar jurnalist “APA Holding” MMC-nin prezidentidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır