Modern.az

Müharibə dövrünün alman bombardmançısı qəzaya uğradı: Ölənlər var

Müharibə dövrünün alman bombardmançısı qəzaya uğradı: Ölənlər var

5 Avqust 2018, 17:26
İsveçrə dağlarında İkinci Dünya Müharibəsinə aid “Yunkers-52” bombardmançısının qəzaya uğraması nəticəsində ilkin məlumatlara görə azı 20 nəfər həlak olub.
 
Modern.az xarici KİV-ə sitinadən məlumat verir ki, qəza zamanı təyyarənin göyərtəsində 17 sərnişin və üç ekipaj üzvü olub, təyyarə dağlıq ərazidə yerə düşüb.
 
Bombardmançı 1939-cu ildə hazırlanıb, o, uzun müddət İsveçrə Hərbi-Hava Qüvvələri ilə əlaqəli JU-Air şirkətinə məxsus kolleksiya maşını olub.
 
Şirkətin 39-cu ildə hazırlanmış bir neçə “Yunkers”i var. Onları gəzinti və turistlərin daşınması üçün istifadə edirlər.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır