Modern.az

İndoneziyada zəlzələdən ölənlərin sayı 32 nəfərə çatdı - YENİLƏNİB

İndoneziyada zəlzələdən ölənlərin sayı 32 nəfərə çatdı - YENİLƏNİB

Dünya

5 Avqust 2018, 22:50

İndoneziyada zəlzələdən ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Lombok adasında baş verən zəlzələ nəticəsində 32 nəfər həyatını itirib.

Zəlzələ nəticəsində ən azı 100 nəfərin yaralandığı bildirilir.

 

20:01

 

İndoneziyada güclü zəlzələ olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 6,9 bal gücündə zəlzələ Lombok adasında qeydə alınıb. Yeraltı təkanların ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib.

İlkin məlumata görə, zəlzələ nəticəsində 16 nəfər həyatını itirib.

Artıq sunami təhlükəsi elan olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır