Modern.az

Misirdə 52 terrorçu zərərsizləşdirildi

Misirdə 52 terrorçu zərərsizləşdirildi

5 Avqust 2018, 23:09

“Misir Silahlı Qüvvələrinin və Daxili İşlər Nazirliyinin Sinay yarımadasında və Liviya sərhədləri yaxınlığında birgə keçirdiyi "Sinay-2018" əks-terror əməliyyatları nəticəsində 52 ekstremist məhv edilib”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin məlumat yayıb.

Məlumata görə, ölkənin Hərbi Hava Qüvvələri sərhədi qeyri-qanuni keçməyə cəhd göstərən silah-sursatla dolu 15 avtomobilə hücum edib. Əməliyyat zamanı 39 xüsusi təhlükəli ekstremist öldürülüb.

 

Sinay yarımadasının şimalında Əl-Ariş şəhərində keçirilən daha bir əməliyyat zamanı isə təhlükəsizlik qüvvələri 13 ekstremisti məhv edib.

 

Bundan əlavə, Sinayın şimalında və mərkəzi hissəsində 49 xüsusi təhlükəli cinayətkar saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir