Modern.az

Gəncə hadisələrinə görə daha bir nəfər tutuldu - FOTO  

Gəncə hadisələrinə görə daha bir nəfər tutuldu - FOTO  

Ölkə

6 Avqust 2018, 15:00

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlərini davam etdirir.


DSX-dən Modern.az-a verilən məlumata görə, qeyd edilən tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkarlanması mühüm əhəmiyyət kəsb edir. 

Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür