Modern.az

Aeroport yaxınlığındakı partlayışda 2 nəfər öldü: 84 yaralı, VİDEO - YENİLƏNİB

Aeroport yaxınlığındakı partlayışda 2 nəfər öldü: 84 yaralı, VİDEO - YENİLƏNİB

Dünya

6 Avqust 2018, 22:30

İtaliyanın Bolonya şəhərində partlayış nəticəsində 2 nəfər həyatını itirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların sayı 84 nəfərə çatıb.

 

Məlumata görə, yaralılardan 14 nəfərin  vəziyyəti daha ağırdır.

 

20:28

 

İtaliyanın Bolonya şəhərində yanacaq daşıyan maşının qəzaya uğraması nəticəsində baş verən partlayışda xəsarət alanların sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 70 nəfər xəsarət alıb.

 

Qeyd edək ki, hadisə Bolonya aeroportunun yaxınlığında baş verib. Partlayışın aeroportun işinə təsir etmədiyi bildirilir.

 

20:00

 

İtaliyanın sənaye şəhəri olan Boloniyada Quliermo Markoni adına Beynəlxalq Aeroportun yaxınlığında benzin daşıyan maşının alışması nəticəsində partlayış baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sosial mediada paylaşılmış görüntülərdə ölkənin şimalındakı Boloniya Hava Limanından tüstünün qalxdığı məlum olub.

Polisin verdiyi açıqlamaya görə, partlayış hava limanının yanındakı avtomobil yolunda baş vermiş qəzadan qaynaqlanır.

 

Hadisənin şahidləri bildiriblər ki, benzin daşıyan maşın qəzaya uğrayıb və daha sonra alışaraq partlayıb.

 

Partlayışın təsiri nəticəsində avtomobil yolundakı digər maşınlarda da kiçik partlayışlar meydana gəlib.

 

Qəzanın baş verdiyi yol hər iki tərəfdən bağlanıb. Yaralıların olduğu qeyd edilən bölgəyə təcili yardım maşınları gəlib.

 

İlkin məlumata görə, qəza nəticəsində baş verən partlayışda 67 nəfər xəsarət alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!