Modern.az

Rusiya Yunanıstan münasibətləri gərginləşir

Rusiya Yunanıstan münasibətləri gərginləşir

6 Avqust 2018, 21:16

Rusiya Yunanıstana nota verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Yunanıstanın Moskva səfiri Andreas Friqanası nazirliyə çağıraraq rus diplomatlara qarşı atılan addımlarla bağlı görüləcək cavab tədbirləri barədə nota verib.

 

Qeyd edək ki, yunan hökuməti ötən ay iki rus diplomatı deportasiya edib. Bundan başqa iki mülki rusiyalının isə ölkəyə girişini qadağan edib. Sözügedən şəxslər yunanıstanlı rəsmilərə rüşvət verməkdə ittiham edilir. Onlar Makedoniyanın NATO-ya daxil olmasına icazə verməmək üçün müqavilənin pozulmasına çalışıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər