Modern.az

İrana qarşı sanksiyalar yenidən tətbiq ediləcək

İrana qarşı sanksiyalar yenidən tətbiq ediləcək

6 Avqust 2018, 22:12

İrana qarşı aradan qaldırılan sanksiyalar iki mərhələdə yenidən tətbiq ediləcək. Modern.az xəbər verir ki, ABŞ prezindeti Donald Tramp bununla bağlı icraedici fərman imzalayıb.

 

Bu barədə jurnalistlər üçün telefonla keçirilən brifinq zamanı Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

 

O qeyd edib ki, sözügedən fərman Donald Tramp tərəfindən daha öncə səsləndirilən Tehrana təzyiq göstərilməsinə dair siyasətin davamıdır.

 

Qeyd edək ki, 2016-cı ilin yanvarında Tehranın nüvə proqramı üzrə birgə Sazişin imzalanmasından sonra İrana qarşı sanksiyalar aradan qaldırılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir