Modern.az

İsti hava daha 6 can aldı

İsti hava daha 6 can aldı

6 Avqust 2018, 23:41

İspaniyada istilər nəticəsində ölənlərin sayı artıb. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, isti havalar indiyədək 6 nəfərin həyatına son qoyub.  

Məlumata görə, 81 yaşlı Miajadas sakini (Kaseres əyaləti, Ekstremadura muxtar rayonu) xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

O, rəsmi olaraq bu muxtar rayonda istilərin qurbanı olan yeganə şəxsdir.

 

Lakin Mülki Qvardiya Kanyaveral bələdiyyəsi ərazisində (Kaseres əyaləti) yolda 40 yaşlı turistin ölü tapıldığını xəbər verib.

 

Bundan əvvəl bazar ertəsi Tarraqonda (Kataloniya muxtar rayonu) iki nəfər kimsəsiz vəfat edib. Ötən həftə isə Barselonada 3 kimsəsiz şəxs, Mursiyada isə iki kişi istilərdən keçinib.

 

Ötən həftənin ortalarında İberiya yarımadasında havanın temperaturu 40 dərəcəyə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür