Modern.az

Bu ölkədə inflyasiya 10664 faiz təşkil edib

Bu ölkədə inflyasiya 10664 faiz təşkil edib

6 Avqust 2018, 23:55

Venesuelada ilin əvvəlindən qiymət artımı 10664 faiz təşkil edib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Milli Assambleyasının maliyyə üzrə komitə sədri Rafael Qusman öz Twitter səhifəsində yazıb.

 

O, bildirib: "İyul ayında inflyasiya 125 faiz təşkil edib, günlük - 2,7 faiz, ilin əvvəlindən 10664 faiz, illik hesablamada isə 82766 faiz təşkil edir. Venesuelalıların küçələrdə etirazlar etməsinin səbəbi budurş Heç bir maaşlarla və onların qaldırılması ilə hiperinflyasiyanın qarşısını almaq mümkün deyil".

 

Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, ilin sonuna qədər Venesuelada inflyasiya 1 milyon faiza çata bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!