Modern.az

Prezidentə sui-qəsdin icraçıları müəyyən edildi

Prezidentə sui-qəsdin icraçıları müəyyən edildi

7 Avqust 2018, 00:36

“Venesuela hökuməti ölkə prezidenti Nikolas Maduroya sui-qəsdin bilavasitə icraçılarını və onlarla əlbir olan şəxsləri müəyyənləşdirib”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, belə bir bəyanatla Venesuelanın baş prokuroru Tarek Vilyam Saab çıxış edib.

 

“Avqustun 4-də baş verən hadisə dövlət başçısını qətlə yetirmək cəhdi idi”, - Saab deyib.

 

Onun sözlərinə əsasən, sui-qəsdin araşdırılmasına 4 prokuror cəlb edilib. Ötən bazar günü Venesuela DİN-in başçısı Nestor Reverol bildirmişdi ki, sözügedən işlə əlaqədar artıq 6 şübhəli şəxs saxlanılıb.

 

Xalqa müraciət edən Nikolas Maduro sui-qəsddə Venesuelanın və Kolumbiyanın “ultra-sağçı qüvvələrini” və Kolumbiya prezidenti Xuan Manuel Santosu ittiham etmişdi.

 

Həmçinin dövlət başçısı ehtimal etmişdi ki, onun öldürülməsini planlaşdıran şəxslərdən bəziləri ABŞ-da yaşayır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir