Modern.az

Mirəlioğlu qurultay HAQDA: “Qabaqdangəlmişlik etməyək”

Mirəlioğlu qurultay HAQDA: “Qabaqdangəlmişlik etməyək”

7 Avqust 2018, 08:49

“Konfranslarımız davam edir. Onların nəticələri ilə bağlı müəyyən addımlar atılacaq”.

 

Bunu   Klassik Xalq Cəbhəsi Partiyasının sədri  Mirmahmud Mirəlioğlu Modern.az saytına açıqlamasında deyib. O bildirib ki, partiyanın qurultaya hazırlıq işləri hələ ki tamamlanmayıb:

“Gündəliyimiz bəllidir.  Partiyanın nizamnaməsində birmənalı şəkildə yazılıb. Əksər partiyaların nizamnaməsində qurultayın gündəliyi var. Yəni hesabatlardır, seçkilərdir və.s “.

 

Partiya sədri qeyd edib ki, qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək:

 

“Qurultayın keçirilməsi üçün  müəyyən məkanlar nəzərdə tutmuşuq.  Lakin qabaqdangəlmişlik  etməyək. Hələ qurultayımızın hazırlıq işlərini o vəziyyətə gətirək ki, yerlə bağlı müraciət də edə bilək.  Təbii ki, işlər tamamlananda yer üçün  Bakı Şəhər İcra Hakimiyyətinə müraciətimiz olacaq”.

 

Xatırladaq ki, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) hazırda  qurultaya hazırlaşır. Qurultayda partiyaya sədr seçkisi də keçiriləcək. Hələki KXCP "İzmir" Rayon Şöbəsi (Yasamal) Nisəxanım Vəliyeva və  KXCP Ali Məclisinin keçmiş üzvü Oqtay Gülalıyev sədrliyə namizədliyini irəli sürüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır