Modern.az

Yaşayış evlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb

Yaşayış evlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb

Aktual

7 Avqust 2018, 13:14

"0,4 kilovolt gərginlikli mövcud şəbəkədən öz mənzilinə 20 kilovattadək birfazalı elektrik şəbəkəsi çəkmək niyyətində olan abonentlər üçün vahid tariflərin tətbiq olunması ümumilikdə bu xidmətlərin dəyərini azaltmağa imkan verəcək".

 

Modern.az xəbər verri ki, məlumatına görə, bu sözləri mətbuat konfransında “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib: 

"Bundan başqa, iyul ayının sonundan etibarən “Azərişıq” abonentlərin enerji təminatı sxemini dəyişib. Birfazalı şəbəkədən üçfazalı şəbəkəyə keçid, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində sayğacların dəyişdirilməsi kimi xidmətlər yalnız “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilir".

 

E.Rüstəmli əlavə edib ki, ümumilikdə 2018-ci ilin ilk yeddi ayı ərzində ASC “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərilən xidmətlərin sayını 10-dan 13-ə artırıb. Zərurət yaranacağı təqdirdə bu xidmətlər bir qədər də artırıla bilər.

O bildirib ki, bu ilin yeddi ayı ərzində müəssisəyə elektrik şəbəkəsinə qoşulmaq arzusunda olan sakinlərdən 11,5 min müraciət və biznes obyektlərinə elektrik çəkdirmək istəyən sahibkarlardan 1700-dən çox müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq aşkar edilən hallardan başqa müraciətlərin böyük hissəsi icra olunub. Ümumilikdə bu müddət ərzində ASC-yə 101 min müraciət daxil olub. Bu müraciətlərdən böyük əksəriyyəti texniki dəstək xidmətləri üçün edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi