Modern.az

Minlərlə erməni Sarkisyanın partiyasını tərk edir

Minlərlə erməni Sarkisyanın partiyasını tərk edir

7 Avqust 2018, 13:46

Ermənistanda Respublika Partiyasından kütləvi istefalar davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aprelin 23-də Serj Sarkisyan istefa verdiyi tarixdən avqustun 1-nə qədər olan müddətdə 4,5 mindən çox insan Respublika Partiyasının sıralarını tərk edib.

 

Partiyasının Təşkilat Komitəsinin sədri Ruben Torosyan istefaların təbii hadisə olduğunu bildirsə də, reallıqda keçmiş üzvlərin öz vəzifələrini əlində saxlamaq üçün Paşinyanın “Mülki Razılaşma” partiyasının sıralarına qatılmağa çalışdığı müşahidə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir