Modern.az

Mediada debatları necə qurmaq lazımdır?

Mediada debatları necə qurmaq lazımdır?

Mədəni̇yyət

4 Dekabr 2009, 16:18

Modern.az xəbər verir ki, bu gün Azərbaycan Media Mərkəzində “Mediada debatlar” kitabının təqdimatı keçirilib. Onun müəllifləri -  Arif Əliyev, Qulu Məhərrəmli və Zeynal Məmmədli bu nəşrin media üçün debat aparmaq sahəsində ilk tədris vəsaiti olduğunu vurğulayıblar.  

 

BDU-nun professoru Qulu Məhərrəmli kitabın ortaya çıxması zərurətindən danışıb. Deyib ki, dərsliyin məqsədi cəmiyyətdə çatışmayan dialoq mədəniyyəti, fikir müxtəlifliyi, başqasının fikrinə dözümlülük kimi məsələlərlə bağlı suallara cavab verməkdir: “Burda debatın anatomiyasından söhbət gedir. Onun önəmli cəhəti isə burada  yazılı KİV və elektron mediada debat aparmağın yolları ayrı-ayrılıqda göstərilməsindədir”.

 

 

BDU-nun dosenti Zeynal Məmmədli “kitab çoxdur, amma arasında mənasızları da çoxdur” deyib: “Bilmirsən bu kitablar sənə hansısa məsələdə yeni standart aşılayacaq, yoxsa benindəki standartları dağıdacaq. Biz bu kitabla yeni standartları aşılamaq istəyirik”. Z.Məmmədlinin sözlərinə görə, yeni kitabda debat nədir, hansı növləri və formaları var kimi istənilən suala cavab tapmaq mümkündür. 

“Yeni Nəsil” Junalistlər Birliyinin sədri Arif Əliyev dərs vəsaitinin SOROS fondunun dəstəyi ilə “Azərbaycanın vətəndaş cəmiyyəti institutlarında və mediada debat mədəniyyətinin formalaşdırılmasına yardım” layihəsi çərçivəsində dərc edildiyini bildirib. Onun sözlərinə görə, həmin layihə çərçivəsində Debat Klubu tərəfindən Media Mərkəzində vaxtaşırı debatlar təşkil olunur.Və onu da qeyd etdi ki, layihənin davamı kimi Gənclər debat klubunun yaradılması haqda planlar da var.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!