Modern.az

Sabiq prezident 301 milyon dolları mənimsədiyini boynuna aldı

Sabiq prezident 301 milyon dolları mənimsədiyini boynuna aldı

8 Avqust 2018, 08:24

Salvadorun keçmiş prezidenti Antonio Saka və iki sabiq naziri - Xulio Rank və Sesar Funes özlərini "pulların yuyulmasında" təqsirli biliblər.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, onlar həmçinin 301 milyon dolları mənimsəmələrini boyunlarına alıblar.

Keçmiş prezident və digər təqsirləndirilənlər həbs müddətini azaltmaq üçün bu addımı atıblar. Saka umid edir ki, həbsxanada 30 deyil, 10 il keçirəcək. Bununla belə, prokurorluq Sakadan 25 milyon dolları dövlətə qaytarmağı tələb edib.

Antonio Saka 2004-2009-cu illər ərzində ölkənin prezidenti vəzifəsini tutub. O, 2016-cı ilin oktyabrında tutulub

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı