Modern.az

Müxalifət prezidentə qarşı sui-qəsdi “tamaşa” adlandırdı

Müxalifət prezidentə qarşı sui-qəsdi “tamaşa” adlandırdı

8 Avqust 2018, 10:51

Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi ölkə müxalifəti tərəfindən tamaşa adlandırılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Kolumbiyada mühacir həyatı yaşayan müxalifət lideri Xulio Borxes sui-qəsd cəhdinin ölkədə repressiyaları gücləndirmək üçün bir bəhanə olduğunu dilə gətirib.

 

“Dünyanın heç bir ölkəsində Maduro, sənə sui-qəsd olduğuna inanmırlar. Biz hamımız bilir ki, bu hadisə yerli müxalifəti təqib etmək üçün bir bəhanə olub”.

 

Borxesin fikrincə, Maduro öz səriştəsizliyi nəticəsində Venesuelanı iqtisadi və siyasi böhara salıb və bu işdə müxalifəti günahlandırır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu