Modern.az

Ankaradan Trampa qarşı DEMARŞ - İran qazını almaqda davam edəcək

Ankaradan Trampa qarşı DEMARŞ - İran qazını almaqda davam edəcək

Dünya

8 Avqust 2018, 13:20

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyənin İran qazını almaqda davam edəcəyini bildirib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar da buna mane olmayacaq.

 

“Enerji təhlükəsizliyimiz üçün İrandan alınan qazın böyük önəmi var. Müqaviləmiz 2026-cı ilə qədərdir. Vətəndaşlarımız soyuqda və işıqsız qoymaq niyyətimiz olmadığı üçün İran qazını almaqda davam edəcəyik”-deyə nazir qeyd edib. 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır