Modern.az

Timoşenko Ukrayna prezidenti ola bilər

Timoşenko Ukrayna prezidenti ola bilər

Dünya

8 Avqust 2018, 15:16

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko prezident seçilə bilər.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, “Reytinq” agentliyinin son rəy sorğularına əsasən, 17,7% respondent Yuliya Timoşenkoya səs verməyə hazır olduğunu ifadə edib.

 

Keçmiş müdafiə naziri Anatoli Qritsenkoya 10,7%, “Müxalifət Bloku” partiyasının sədri Yuri Boykoya 8,9%, “Radikal” partiyasının sədri Oleq Lyaşkoya isə 8,5% seçici səs vermək niyyətini ifadə edib.

 

Maraqlıdır ki, hazırki prezident Pyotr Poroşenko 5-ci yerdə qərarlaşıb və yalnız 8,3% dəstək alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?