Modern.az

150 azərbaycanlı Gürcüstan-Rusiya müharibəsində döyüşüb

150 azərbaycanlı Gürcüstan-Rusiya müharibəsində döyüşüb

8 Avqust 2018, 15:41

“Mixail Saakaşvili hələ də Avropadadır. Hollandiyada yaşayır. Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Ümidimiz həmin vaxtadır. İnşallah ki, yeni seçilən prezident Saakaşviliyə vətəndaşlıq verər və o da Gürcüstana qayıdar”.

Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyib.

 

Azər Süleymanov yeni seçiləcək prezidentin kimliyinə də işarə edib. Onun sözlərinə görə, gürcü xalqının ümid bəslədiyi namizəd bəllidir.

 

“Bu dəfəki prezident seçkilərinə “Gürcü Arzusu” partiyası namizəd irəli sürməyib. Prezidentliyə namizədlərin sayı güman ki, 6-7 nəfər olacaq. Gürcü xalqının da ümid bəslədiyi tanınmış güclü siyasətçi var. Bu, vaxtilə Saakavilinin prezidentliyi dövründə xarici işlər naziri olmuş Qriqor Vaşadzedir. Çox güclü bioqrafiyası var. Əgər təmiz seçkilər keçirilsə, Vaşadze qalib gələcək”.


Azərbaycanlı deputat 2008-ci ilin bu günü Gürcüstan-Rusiya müharibəsinin 10 illiyinə də münasibət bildirib.

 

“Bugünkü tarixi hər bir gürcüstanlı çox yaxşı xatırlayır. 2008-ci ilin bu günü Gürcüstan-Rusiya müharibəsi başlayıb. Bir neçə gündür ki, həmin günlə bağlı Saakaşvili də sosial şəbəkə vasitəsilə fikirlərini bildirib. Bir deputat olaraq həmin tarixi biz də unutmadıq. Dünyasını dəyişən əsgərlərimizi yad etdik.

 

Həmin vaxtlarda Gürcüstan azərbaycanlılarının rəhbəri mən idim. 150-yə yaxın azərbaycanlı olan könüllü kimsənin dəvətini gözləmədən müharibəyə qatılmışdı”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir