Modern.az

Leysan yağışları Türkiyəni cətin duruma saldı - VİDEO

Leysan yağışları Türkiyəni cətin duruma saldı - VİDEO

8 Avqust 2018, 22:33

Türkiyədə leysan yağışları ciddi fəsadlar törədib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Ordu vilayətində qeydə alınıb. Leysan yağışları nəticəsində 4 körpü aşıb. Daha 3 körpüdə qəza vəziyyəti yaranıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

 

Hazırda fəsadların aradan qaldırılması və xilasetmə tədbirlərində 550 işçi və 300 texnika çalışır.

 

Qeyd olunur ki, yaxınlıqda yerləşən tekstil fabrikində 165 nəfər təxliyə olunmağı gözləyir.

 

Təxliyənin həyata keçirilməsi üçün bölgəyə helikopterlər cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir