Modern.az

İqbal Ağazadə də qurultaya HAZIRLAŞIR – Tarix bəllidir

İqbal Ağazadə də qurultaya HAZIRLAŞIR – Tarix bəllidir

9 Avqust 2018, 08:48

Azərbaycanda daha bir siyasi təşkilat qurultaya hazırlaşır. Belə ki, Ümid Partiyası sentyabrın 8-də  qurultay  keçirmək fikrindədir.

 

Bu barədə  Ümid Partiyasının sədri  İqbal Ağazadə Modern.az saytına açıqlama verib.

 

“Qurultayla bağlı  hazırda partiyada  gərgin işlər gedir. Həm qurultayın materialları, həm nümayəndəliklər, həm də konfrans keçirməmiş rayon şöbələrinin hazırlıq   işləri davam edir. Çalışacağıq ki, sentyabrın 8-də qurultayımız baş tutsun.  Artıq nümayəndələrin böyük əksəriyyəti seçilib”.

Partiya sədri  qeyd edib ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsi  qurultayın keçirilməsi üçün müxtəlif məkanlar üzərində çalışır:

 

“Çünki  450-500 nəfər qurultay nümayəndəsidir.  Hesab edirəm, qurultay  üçün böyük bir sahə lazımdır ki, adamları yerləşdirə bilək. Biz son qurultayımızı açıq havada keçirmişdik. Qurultayda sədr seçkisi, hesabat xarakterli çıxışlar olacaq. Mərkəzi  Nəzarət  Təftiş Komitəsi,  Ali Məclisin sərbəst üzvləri və digər seçki strukturları seçiləcək. Lakin hələ ki sədrliyə namizədlər yoxdur. Qurultayda bu məsələ açıqdır. Elə bir norma yoxdur ki, onu əvvəlcədən müəyyənləşdirəsən, namizədliyini verəsən.  Yəni namizəd olmaq istəyənlər qurultayda olacaq. Amma təbliğat məsələsi açıqdır. Qurultaya seçilmiş üzvlərin siyahısı mütəmadi olaraq  partiya qərargahında çap olunur”.

 

İqbal Ağazadə “digər partiyalarla funksional əməkdaşlıq etmək haqqında düşüncəniz varmı?” sualını belə cavablandırıb:

“Hələlik funksional əməkdaşlıq və ya bloklaşma barədə ciddi bir  fikir yoxdur. Çünki qarşıda hər hansı seçkilərin keçirilməsi gözlənilmir. Belə  olan halda adətən müxalifət partiyaları bir-birindən gen gəzirlər”.

 

Qeyd edək ki, bu il Müsavat Partiyası, Müasir Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası da qurultay keçirmək fikrindədir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir