Modern.az

Parlamentin payız sessiyasının ilk iclası bu dəfə fərqli tarixdə keçiriləcək

Parlamentin payız sessiyasının ilk iclası bu dəfə fərqli tarixdə keçiriləcək

9 Avqust 2018, 09:22

Milli Məclisin payız sesssiyasının ilk iclasının vaxtı müəyyənləşib.

 

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, payız sessiyasının ilk plenar iclasının oktyabrın 1-də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Milli Məclisinin Daxili Nizamnaməsində göstərilib ki, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq parlament hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

 

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

 

Sentyabrın 30-u istirahət gününə düşdüyündən iclas oktyabrın 1-də keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir