Modern.az

Eldar Əzizov Bakı meriyasında kimisə işdən çıxarmağa tələsmir

Eldar Əzizov Bakı meriyasında kimisə işdən çıxarmağa tələsmir

Hadisə

9 Avqust 2018, 10:30

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib.

Eldar Əzizov Bakı merinin müavini təyin edilib.

Hazırda BŞİH-nin başçısı postu boş  olsa da,  kadr islahatlarının nə vaxt aparılacağı məlum deyil.

 

İddialara görə, Bakı şəhər İcra  Hakimiyyətinin mətbuat xidməti, eləcə də ictimai-siyasi humanitar məsələlər şöbəsində dəyişiklik ola bilər. Beıə ki, Eldar Əzizovun Səbail rayon İcra Hakimiyyətindəki köhnə kadrlarını yanına gətirəcəyi iddia olunur.

 

Modern.az səslənən iddialara cavab öyrənməyə çalışıb.

Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov saytımıza açıqlamasında iddiaların əsassız olduğunu deyib.

“Bakı şəhər İcra Hakimiyyətininin həm ictimai-siyasi və humanitar məsələlər şöbəsi, həm də mətbuat xidməti  yerindədir. Həmçinin, mən də öz iş yerimdə, Səbail Rayon İcra Hakimiyyətindəyəm”.

İsrafil Kərimov Bakı şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri məsələsinə də münasibət bildirib.

 

“Hələ heç bir yenilik yoxdur. Bakı şəhər İcra Hakimiyyətində nə kimsə işindən azad olunub, nə də kimsə işə götürülüb. Hamı köhnə qaydada işinin başındadır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır