Modern.az

İsrail Fələstinə məxsus 140 obyekti bombaladı

İsrail Fələstinə məxsus 140 obyekti bombaladı

9 Avqust 2018, 11:58

İsrail ordusu Qəzza zolağında Fələstin silahlılarına aid 140 obyekti raket və artilleriya zərbələri ilə vurub.

 

Modern.az AFP agentliyinə istinadən xəbər verir ki, Qəzza zolağına endirilmiş zərbələr nəticəsində biri hamilə qadın, biri uşaq olmaqla üç nəfər həyatını itirib.

 

İsrail tərəfi bu zərbələrin son 12 saat ərzində İsrail ərazisinə endirilmiş 150 raket zərbəsinə cavab olduğunu bildirib. İsrail ordusunun rəsmi nümayəndəsi Conatan Konrikusun bildirdiyinə görə, bu raketlərdən cəmi 25-i “dəmir qübbə” raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

 

“Zərbələr mübadiləsinin hazırki raundu hələ bitməyib. HƏMAS son yarım saat ərzində İsrail ərazisinə daha bir neçə raket zərbəsi endirib. İsrail ordusu hadisələrin istənilən inkişafına hazırdır. Bizim bölgə ilə sərhəddə artıq əlavə qüvvələrimiz yerləşdirilib və daha çox qüvvə cəlb etməyə davam edəcəyik” – Konrikus vurğulayıb.

 

Qeyd edək ki, İsrail tərəfinin bildirdiyinə görə HƏMAS-ın zərbələri nəticəsində hazırda 7 İsrail vətəndaşı yaralanıb.

 

Əvəz ZEYNALOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?