Modern.az

Umud Mirzəyev BMT-nin nümayəndəsilə görüşüb

Umud Mirzəyev BMT-nin nümayəndəsilə görüşüb

4 Dekabr 2009, 16:53

BMT-nin İqtisadi-sosial Şurasının konsultativ statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev BMT-nin Azərbaycandakı Nümayəndəliyinin ictimai informasiya departamentinin təmsilçisi Envera Selimoviç və onun müavini İlqar Ağayevlə görüşüb. Məlumatı Modern.az-a BAMF-ın mətbuat xidmətindən veriblər. Bu günlərdə Avstriyada səfərdə olduğunu deyən U. Mirzəyev BMT-nin İnformasiya Xidmətinin direktoru Maher Nasser,  BMT-nin Vyana Xəbər və Mətbuat Əlaqələri ofisinin informasiya məmuru Anne Tomas, həmçinin BMT İnformasiya Xidmətinin QHT-lərlə iş üzrə ofisinin əlaqələndiricisi Maria Naderhirn ilə görüşdüyünü bildirib: “BMT əməkdaşlarına BAMF tərəfindən Azərbaycanda media və vətəndaş cəmiyyəti ilə bağlı həyata keçirilmiş layihələr və təlimlər, qurumun apardığı monitorinqlər barədə məlumat verildi. Görüşdə BMT-nin İnformasiya Xidmətinin fəaliyyət prioritetləri barədə, gələcəkdə faydalı əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparıldı. BMT İnformasiya Xidməti İdarəsi ilə Azərbaycanda vətəndaş cəmiyyəti və QHT-in inkişaf etdirilməsi sahəsində əməkdaşlıq ediləcəyi istiqamətin müəyyən edilməsi üçün əlaqələr yaradılacaq”. BAMF-dakı görüşün Vyanada aparılan müzakirənin davamı olduğunu qeyd edən U.Mirzəyev  BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəliyi ilə sıx əlaqə saxlanılmasının davam etdiriləcəyini söyləyib.

 

BAMF-ın beynəlxalq məsləhətçisi  Lütfül Kəbirin iştirakı ilə keçən görüşdə vətəndaş cəmiyyətinin inkişafı uğrunda səylərin artırılması, jurnalist peşəkarlığının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir