Modern.az

Yunanıstanda meşə yanğınlarında ölənlərin sayı 93-ə çatdı

Yunanıstanda meşə yanğınlarında ölənlərin sayı 93-ə çatdı

9 Avqust 2018, 16:11

Yunanıstanda keçən ay baş vermiş dəhşətli yanğında ölənlərin sayı günü-gündən artır.

 

Modern.az “Sky” kanalına istinadən xəbər verir ki, son məlumatlara görə hazırda ölənlərin sayı 93 nəfərə çatıb.

 

Hazırda bu rəqəmlərin yanğından xəsarət alanların həyatlarını itirməsi ilə artdığı bildirilir.

Dünən 78 yaşlı bir qadının da reanimasiyada həyatını itirməsi ilə bu rəqəm 93-ə çatıb.

 

Cümə axşamı günü səlahiyyətlilər, iyul ayı sonlarında Afinanın ətrafında meydana gələn və yaşanan dəhşətli yanğın nəticəsində həyatını itirənlərin adları və soyadlarının siyahısını açıqlayıb.

Qeyd edək ki, iyul ayında baş vermiş dəhşətli yanğın ölkə tarixində ən fəlakətli yanğın kimi tarixə düşüb. Bu fəlakətlə əlaqədar bütün ölkə ərazisində 3 günlük matəm elan edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir