Modern.az

Ceyhun Osmanlı: “Qanun bir növ paltara oxşayır.., məmurun funksiyası vətəndaşa xidmət etməkdir” (MÜSAHİBƏ)

Ceyhun Osmanlı: “Qanun bir növ paltara oxşayır.., məmurun funksiyası vətəndaşa xidmət etməkdir” (MÜSAHİBƏ)

27 Sentyabr 2011, 11:41

“Onun vətəndaşların əyninə rahat oturması üçün, vətəndaşların hissləri, arzuları nəzərə alınmalıdır”

Milli Məclisin deputatı Ceyhun Osmanlı Modern.az portalının suallarına cavab verib.

- Ceyhun müəllim bir millət vəkili kimi siz necə hesab edirsiz Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqların təmin edilməsində vəziyyət hazırda necədir?

- Hazırda insan və vətəndaş azadlıqların müdafiəsi qanunvericiliklə tənzimlənir və qanunvericilik ildən-ilə təkmilləşir, dolayısıyla bu məsələlərdə hüquqi mexanizmlər təkmilləşir. Amma bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, vətəndaşların  hüquqları bilməsi son dərəcə mühümdü. İstənilən qədər qanunverici aktlar ola bilər, amma vətəndaşlar bundan düzgun istifadə etmir  və yaxud da faydalanmaq istəmirlərsə, əlbəttə burada problemlər yaranar. Təbii ki, qanun hamı üçün bərabər olmalıdı və qanundan istifadə edənlərdə bərabər şəkildə bundan istifadə etməyi bacarmalıdırlar. Çünki bəzən biz insanlara rast gəlirik ki, istəyir qanun hamıya bərabər tətbiq olunsun, onun özünə gələndə istəyir ki, hansısa üstünlüklərdən istifadə eləsin. Hər bir vətəndaş qanuna münasibətdə tələbkar olmalıdır, eyni zamanda hamı üçün bərabər və eyni olaraq  tətbiq olunmasının tərəfdarı, özünə qarşı güzəştlərin olunması, amma başqasına qarşı ədalətli tətbiqi haqqında düşünməməlidir.

- Sizcə, hansı sahə üzrə qanunlar cəmiyyətin həyatı üçün daha böyük önəm kəsb edir?

- Bu statistikanı iki istiqamətə bölə bilərik. Birincisi, hansı istiqamətdə real problemlər var və harada qanunvericiliyə daha çox müraciət olunur. Məsələn, bu statistikanı daha düzgün  məhkəmələr verə bilər. Məhz hansı sahələr üzrə daha çox problemlər var və insanlar hansı problemlərlə qarşılaşır, məhkəmələrə müraciət edirlər. Bu, onun problemli tərəfidi. O ki qaldı həyatın hər hansı bir sahəsində qanunlara ehtiyac duyuruq…? İstər məişətdə, istər hər hansı bir  ictimai münasibətlərin tənzimlənməsində, istərsə də vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində qanunvericiliyə ehtiyac olur. Müxətlif insanlar üçün müxtəlif qanunlar daha paritetdir. Məsələn, orta təhsili başa vurmuş gəncdən  soruşsaq ki, “Hərbi çağırışın əsasları haqqında” qanun onları çox düşündürür, “Təhsil haqqında” qanun, yoxsa Ailə Məcəlləsi...  Əhalinin müxtəlif təbəqələrinə maraqlı olan müxtəlif qanunvericilik ola bilər. Hər bir sahənin özünə uyğun qanunvericilik aktları var.

- Maraqlıdır, siz hansı sahələrdə yeni qanunların qəbul edilməsi və yaxud mövcud qanunların təkmilləşdirilməsinə ehtiyac duyurusunuz?

- Mənim ehtiyac hiss etdiyim dəyişiklikdən biri “Hərbi çağırışın  əsasları” haqqında qanundu. Bildiyimiz kimi, bakalavır təhsilini bitirib magitraturaya qəbul olan gənclər təqribən  3-4 min arasıdır. Amma onlara möhlət hüququ verilmir ki, magistr təhsilini davam etdirsinlər, istər Azərbaycanda olsun, istərsə də xaricdə, bu imkan verilmir. Onlara ikinci dəfə möhlət verilsə ki, iki il magistir təhsilini başa vurduqdan sonra getsinlər hərbi xidmətə, hesab edirəm ki, gənclərin təhsil həyatının qırılmamasına səbəb olar. Belə olduğu halda həmin gənc iki il itirir. Bildiyimiz kimi, magistraturaya qəbul olmaq üçün bir il hazırlaşmaq lazımdı, xaricdə magistrturada oxumaq istəyən bir il qeydiyyat prosesindən keçməlidir. Bakalavr pilləsini bitirən elə son kursda oxuya-oxuya magistraturaya da hazırlaşır və sonuncu kursda birbaşa magistraturaya girə bilir, amma hərbi xidmətə getdiyi halda ən azı bir ilini hazırlaşmaqla itirir. O baxımdan mən tərəfdarıyam ki, “Hərbi çağırışın əsasları  haqqında” qanuna yenidən baxılsın. Yaxud da “Təhsil haqqında” qanunun təkmilləşməsinə ehtiyac var. Bildiyimiz kimi hələ də keçid prosesini yaşayırıq, təhsillə bağlı, konkret model seçimində çətinliklər var. Dunya təhsilində uğurlu modellər var, buna misal Almaniya modelini gətirə bilərik. Bizdə müxtəlif ölkələrin hərəsindən bir az təcrübə toplanıb. Amma bu gün yekün  dünya standartlarında qəbul olunan, məsələn orta təhsilini başa vurub ali təhsilə davam etmə prosesi bizdə Qərbdən fərqlənir. Bu istər universitetin tələbə qəbulunda, istərsə də tələbənin seçimində və s. özünü göstərir. Mən hesab edirəm ki, zaman keçdikcə Azərbaycanda “Təhsil haqqında” qanun da təkmilləşməlidir. Bundan əlavə dokturantura pilləsi ilə bağlı müəyyən təkmilləşdirmələrə ehtiyac var. Hazırda iki qanunun təkmilləşməsində böyük məmuniyyətlə iştrak edərdim.

- Ceyhun müəllim Milli Məclisdə qanun layihələrinin müzakirəsi zamanı ictimai dinləmələri keçirmək, vətəndaşların rəyini öyrənmək nə dərəcə vacibdir?

- Birmənalı olaraq ictimai dinləmələrin keçirilməsinin tərəfdarıyam. İctimai dinləmələrin keçirilməsi daha çox komitələrin işində mümkün olur. Plenar iclaslarda heç millət vəkillərin özlərinin belə çoxuna söz çatmır. Bir müddət öncə “İcbari sığorta haqqında” qanun qəbul olunanda, komitələrin işində sığorta şirkətlərin nümayəndələri də dəvət olunmuşdu  ki, onlar da bu məsələdə iştrak etsinlər. Prezident gənclər haqqında sərəncam imzaladı, 2011-2015 illər üçün. Düzdür, bu  qanun deyil sərəncamdı, amma bununla bağlı nə qədər ictimai dinləmələr həyata  keçirildi və bu sənəd minlərlə gəncin təklifləri əsasında meydana gəldi.  İki məsələ çox mühümdü. Birincisi odur ki, həmişə qanunvericiliyə münasibətdə xalqın baxışını bilmək lazımdı,  ikincisi peşəkar təşkilatların fikrini bilmək lazımdı, burada QHT-lər və digər təşkilatlar da ola bilər. Qanun bir növ paltara oxşayır. Onun vətəndaşların əyninə rahat oturması üçün, vətəndaşların hissləri, arzuları nəzərə alınmalıdır.

- Siz özünüz necə, Mili Məclisdə qəbul edilən qanunlar barədə məlumatı hansı media mənbəyindən alırsız?

- Deputat seçildikdən sonra qanunlar haqqında əsas məlumatı Milli Məclisin özündə alıram. Ona görə ki, mən özüm o proseslərdə iştrak edirəm. Mən həm komitələrin işində, həm də plenar iclaslarda iştrak edirəm. Mənim üçün qanunlar barədə məlumat almaq problem deyil. Amma xaricdə qanunların yayılması üçün xüsusi olaraq parlament kanalı var.  Bizim ölkəmizdə olan media strukturları, informasiya agentlikləri Milli Məclisin iclaslarını geniş şəkildə işıqlandırırlar. Mən əsasən məlumatları elektron agentliklərindən oxuyuram.

- Qanunların qəbul olunması prosesi ilə bağlı məlumatların dolğunluğu cəmiyyətə çatdırıla bilirmi?

- Mən səmimi etiraf edirəm ki, bəzən görürəm ki, plenar iclaslarda jurnalistlər iclasın əvvəlində bir saat oturub gedirlər. Jurnalistlər sona qədər otursalar, bəzən iclas zamanı  maraqlı məsələlərə toxunulur ki, onları işıqlandıra bilərlər. Ona görə hesab edirəm ki, jurnalistlərimiz plenar iclaslarda sona qədər otursalar daha yaxşı olar.

- Dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünüb. Hakimiyyətin bu qollarının müstəqilliyi öz səlahiyyətləri çərçivəsində lazımi qədərdimi?

- Bildiyimiz kimi, məhkəmələr Azərbaycanda təkmilləşir. Mən çox yaxşı qəbul edirəm ki, bu gün istər prokurorluq orqanlarına, məhkəmə sisteminə qəbul test yolu ilə aparılır. İnsanlar nə qədər savadlı olsalar, öz işinin peşəkarı olsalar, problemlər bir o qədər az olar. Hər bir məhkəmədəki hakimin, yaxud da dövlətdə, hökümətdə məmurun funksiyası vətəndaşa xidmət etməkdi. Hər kəs anlasa ki, bizim birinci işimiz yaxşı vətəndaş olmaqdır, vətəndaşlara yaxşı xidmət göstərməkdir, problemlər olmaz. Harada ki, daha rasional yanaşma var, orda əlbətdə ki, problemlərdə az olur. Məhkəmələrdə ola bilər hardasa neqativ hallar olsun, indi məhkəmələr daha çox təkmilləşməyə doğru gedir və daha da müstəqillik əldə edirlər.

- Deputat kimi Milli Məclisdə qəbul olunan qanunlar sizin işinizə, gündəlik həyatınıza təsir edirmi?

- Hamı kimi mən də bu ölkədə yaşayıram, bu ölkə vətəndaşıyam, qanunların mənə də aidiyyatı var. Öz hüquqlarını bilən bir insan hər bir zaman özünə münasibətdə hər zaman ədalətin bərpasına nail ola bilər. Mən bir millət vəkili kimi hüquqlarımın pozulması ilə bağlı hələki bir problemlə qarşılaşmamışam.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu