Modern.az

İlqar Məmmədovun məhkəməsi təxirə salındı

İlqar Məmmədovun məhkəməsi təxirə salındı

10 Avqust 2018, 12:55

Şəki Apellyasiya Məhkəməsində REAL Partiyasının lideri İlqar Məmmədovun işi üzrə yeni təhqiqat qeyri-müəyyən müddətə təxirə salınıb.

Modern.az saytı xəbər verir ki, bu barədə REAL Partiyasının icraçı katibi Natiq Cəfərli öz sosial şəbəkə hesabında qeyd edib.

Hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının məhkəməyə gəlmədiyi elan olunub.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin 2017-ci ilin noyabrında İ.Məmmədovla bağlı ikinci qərarından sonra Ali Məhkəmənin Plenumu iyunun 29-da onun əsasında REAL sədrinin işinə baxıb. Plenumun qərarıyla İ.Məmmədovun 7 illik həbsinə dair hökmü qüvvədə saxlayan kassasiya və apellyasiya instansiyalarının qərarları ləğv edilib. İş yenidən baxılmasından ötrü Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir