Modern.az

Oqtay Əsədov Tacikistan Prezidenti ilə nahar etdi

Oqtay Əsədov Tacikistan Prezidenti ilə nahar etdi

10 Avqust 2018, 15:23

Milli Məclisin sədri Oqtay Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmon birgə işçi nahar ediblər.

Modern.az-ın məlumatına görə, söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bildirildi, əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tacikistan Prezidentinin Azərbaycana bu səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi vurğulanıb. Səfər çərçivəsində keçirilən səmərəli görüşlərin, imzalanan sənədlərin əhəmiyyəti qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır