Modern.az

İsmayıllıda qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

İsmayıllıda qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

10 Avqust 2018, 17:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. 

Modern.az xəbər verir ki, reyd zamanı İsmayıllı rayonu Qalacıq kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 8,48 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi Elnur Seyidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən  1264,11 manat məbləğində ziyan tətbiq edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir