Modern.az

İraq İrana 1,1 milyard dollar ödəməlidir

İraq İrana 1,1 milyard dollar ödəməlidir

10 Avqust 2018, 21:21

“İraq İranla müharibəyə görə cərimə olaraq 1,1 milyard dollar ödəməlidir”. Modern.az “Report”a istinadən xəbər verir ki,  bunu İslam Respublikası parlamentinin üzvü Mahmud Sadeqi “Twitter” səhifəsində yazıb.

 

“İran İraqdakı mürəkkəb vəziyyəti nəzərə alaraq əvvəllər (1980-1988-ci illərdəki müharibədən sonra) hərbi kompensasiya tələb etmirdi. İraqın baş naziri Heydər əl-İbadi bu kompensasiyanı ödəməkdənsə, ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləyir”, - M.Sadeqi vurğulayıb.

 

İraqın baş naziri Heydər əl-İbadi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib ki, biz İrana qarşı sanksiyalara qoşulmayacağıq, ancaq ona tabe olacağıq: "Ölkəmiz və xalqımız sanksiyalardan yorğun düşüb. Yaranmış şəraitdə İraqın maraqlarından çıxış edəcəyik. Biz dünyanın iqtisadi sistemindən kənarda qala bilmərik”.

 

Qeyd edək ki, İran-İraq sərhədində 9 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir. Qonşu ölkədən İraqa böyük miqdarda ərzaq, tikinti materialları, tibbi ləvazimatlar, elektrik enerjisi və yanacaq ixrac olunur.

 

Xatırladaq ki, avqustun 7-də ABŞ-ın İrana qarı sanksiyalarının birinci mərhələsi qüvvəyə minib. Sanksiyaların ikinci mərhələsi noyabrın 5-də başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?