Modern.az

Türkiyədə dollar satışı dayandırılıb

Türkiyədə dollar satışı dayandırılıb

10 Avqust 2018, 22:03

Bu gün Türkiyənin yeni tarixində görünməmiş valyuta təlatümü ilə yadda qaldı. Modern.az xəbər verir ki, günə 5,55 TL məzənnəsi ilə başlayan ABŞ dolları artıq ilk saatlarda birjalarda əsl təşvişə səbəb olub. Cəmi bir neçə saat ərzində dollar 6 TL səviyyəsini keçib.

 

Maraqlıdır ki, ölkənin maliyyə naziri Berat Albayrakın Türkiyənin yeni iqtisadi modelini təqdim etdiyi dəqiqələrdə birjada ABŞ valyutası tarixi rekorda imza atıb – 6,83 TL. Daha sonra Amerika dolları bir qədər geriləyib və hazırda 6,41 TL səviyyəsindədir.

 

Qeyd edək ki, axşam saatlarından isə dollar satışı dayandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?