Modern.az

Sumqayıtda sərnişin avtobusu qəza törətdi

Sumqayıtda sərnişin avtobusu qəza törətdi

10 Avqust 2018, 22:27

Sumqayıt şəhərində sərnişin avtobusunun zəncirvari qəzası 3 nəfəri xəstəxanalıq edib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə 2-ci məhəllə ərazisində baş verib.

 

Belə ki, Sumqayıtda sərnişin daşıma ilə məşğul olan 7 nömrəli marşurut, idarəetməni itirərək, KİA və “Hyundai” markalı minik avtomobillərinə dəyərək, zəncirvari qəza törədib. Nəticədə minik avtomobillərində olan şərnişinlər 1980-ci il təvəllüdlü Məmmədov Anar Zahid oğlu, 1993-cü il təvəllüdlü Həsənova Nigar Əmirəhməd qızı və 1993-cü il təvəllüdlü Həsənova Zərifə Cəbrayıl qızı xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

 

Məlumata görə, hər üç yaralının vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?