Modern.az

Yunanıstan səfirini Rusiyadan geri çağırdı

Yunanıstan səfirini Rusiyadan geri çağırdı

11 Avqust 2018, 01:01

Yunanıstanla Rusiya arasında yaşanan diplomatik böhran daha da dərinləşir. Modern.az xəbər verir ki, Yunanıstan Moskva səfiri Andreas Friqanası Afinaya geri çağırıb.

 

Bu qərarın xarici işlər naziri Nikos Koçiasın verdiyi bildirilir.

 

Qeyd edək ki, yunan hökuməti ötən ay iki rus diplomatı deportasiya edib, iki mülki rusiyalının isə ölkəyə girişini qadağan edib. Sözügedən şəxslər yunanıstanlı rəsmilərə rüşvət verməkdə ittiham edilir. Onlar Makedoniyanın NATO-ya daxil olmasına icazə verməmək üçün müqavilənin pozulmasına çalışıblar. Bundan sonra rəsmi Moskva Afinaya bir neçə dəfə xəbərdarlıq edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər