Modern.az

Avropada daha bir terror aktının qarşısı alındı

Avropada daha bir terror aktının qarşısı alındı

Dünya

11 Avqust 2018, 12:40

Böyük Britaniyada polis silsilə terror hadisələrinin qarşısını almağa müvəffəq olub.

 

Modern.az Sky News nəşrinə istinadən xəbər verir ki, polis bu uğurunu terrorçunun zibil yeşiyindən tapdığı kağıza borcludur.

İŞID terror qruplaşmasına sədaqət andı içmiş 26 yaşlı terrorçu Lyuis Ladlou bir neçə yerdə terror hadisəsi törətmək niyyətində olub.

 

Belə ki, o, Okford-Strid, Madam Tüsso muzeyi və Müqəddəs Pavl Katedral kilsəsində terror hadisələri planlaşdırıb.

Detektivlər bütün bunları onun evində axtarış aparan zaman müəyyənləşdiriblər. Ladlou bütün bunları planlaşdırdığı kağızı cıraraq zibil vedrəsinə atıb. Lakin, polis kağızı bərpa etməyə müyəssər olub.

 

Qeyd edək ki, o, yanvar ayında da Filippin adalarına “seks-turist” kimi səyahət edəcəyini bildirib, lakin, onun sənədi əlindən alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı