Modern.az

«Gənc Liderlər» regionlara səfərlərə çixacaq

«Gənc Liderlər» regionlara səfərlərə çixacaq

Qarabağ

7 Sentyabr 2009, 18:25

 «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı(UGT) sentiyabr ayının sonundan etibarən regionlara səfər edəcək. Bu barədə Modern.az-a açıqlama verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, regionlara səfər 2009-cu il «Uşaq ili» və təşkilatın «Hamımız Azərbaycan üçün» layihəsi çərçivəsində baş tutacaq: “Regionlara səfərlər çərçivəsində təşkilat üzvləri region gəncləri və məktəblilərinin ictimai fəallığı ilə maraqlanacaq, müxtəlif mövzularda konfrans və debatlar reallaşdıracaq. Səfərlər zamanı «Gənc Liderlər» UGT-nin rayon şöbələri yaradılacaq, «Liderlik Məktəbi» layihəsinin dərsləri də keçiriləcək”.
Fərid Şahbazlının sözlərinə görə, ilkin mərhələdə Xızı, Quba, Dəvəçi, Şəki, Tovuz,  Salyan Lənkəran, Lerik rayonlarına səfərlər nəzərdə tutulub.

Günay MUSAYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu