Modern.az

“ABŞ-ın İrana qarşı sanksiyalarının Azərbaycana təsiri ola bilər”

“ABŞ-ın İrana qarşı sanksiyalarının Azərbaycana təsiri ola bilər”

11 Avqust 2018, 17:28

Avqustun 7-də ABŞ İrana sanksiyaları bərpa etdi. Sanksiyalar İran hökumətinin dollar almasından tutmuş mədən sənayesinə, xalça satışına qədər sahələri əhatə edir.

 

ABŞ prezidenti Donald Tramp noyabr ayında sanksiyaların 2-ci və daha sərt paketinin tətbiq olunacağını açıqladı. Bu sanksiyaların əsas mahiyyəti İranla iqtisadi əməkdaşlı edən heç bir dövlət ABŞ-la iqtisadi əməkdaşlıq qura bilməməsindədir . Sanksiyaların İran iqtisadiyyatın təsiri artıq hiss olunur. İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır.

 

İrana tətbiq olunan sanksiyaların Azərbaycana iqtisadi təsiri olacaqmı?

 

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi bir tərəfdən,Trampın həyat keçirdiyi və bir sıra nüanslarına görə qlobal iqtisadiyyat və maliyyə dunya sistemi üçün çox təhlükəli hesab olunan siyasətin və qobal ticarət müharibəsinin,digər tərəfdən isə İranda rejimin çökdürülməsi və dəyişdirulməsinə yönəldilmiş məlum siyasətin tərkib hissəsidir.

“Bu sanksiyalar mərhələli şəkildə tətbiq ediləcək və İranın həyati əhəmiyyət kəsb edən sahələrini əhatə edəcək. Birinci mərhələyə aid, o cümlədən polad,qızıl kimi strateji vacib metallarla bağlı sanksiya daha çox İranın istehlak bazarına və infrastruktura təsir edəcək. İranın ABŞ-la və bir sıra ölkələrlə ticarət əlaqələri zəifləyəcək,daha çox istifadə olunam mallar azalacaq”.

 

Əli Məsimli qeyd edib ki, bu ilin noyabrında başlayacaq sanksiyalar İran üçün həyati əhəmiyyət kəsb edən energetika və neft sektorunu əhatə edəcək.

Bu sanksiyalar isə bötövlükdə İran iqtisadiyyatına sarsıdıcı zərbə vura bilər. Sanksiyalardan sonra İranda neft hasilatının da azalacağı ehtimal edilir. İranda neft hasilatı kıskin azalsa, bu, bir müddət neftin qiymətinə təsir göstərə bilər.Bu sanksiyalar maliyyə-bank sektoruna da ciddi zərbə vuracaq.Nəticədə İran iqtisadiyyatı zifləyəcək,dollara nisbətdə İranın milli valyutası-rial dəyərdən düşməkdə davam edəcək. Nəticədə ölkə daxilində narazılıq və sosial gərginlik artacaq.Bu isə öz növbsində təkcə İranda yox,onun yerləşdiyi regianda gərginliyi artıracaq.Buna əks təsir göstərməyə qadir yeganə faktor- İranda uznun illəri əhatə edən sanksiyalara münasibətdə immunitetin yaranması ola bilər ki,sanksiyaların təsirini bir qədər azaldar.

 Deputat ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsinin İranla əməkdaşlıq edən bir çox dövlətlərə bir qədər güclü və bir qədər zəif olmaq şərtilə mənfi təsir edəcəyini bildirib.

“Bu gərginlik təkcə region ölkələri ilə məhdudlaşmayacaq və daha geniş coğrafiyanı əhatə edəcək.Amma Azərbaycan bu məsələdə ən çox ziyan çəkən region ölkələri sırasında olmayacaq”.

 

Deputat deyib ki, ABŞ ilə İran arasında bərpa olunan gərginlik Vaşinqton üçün Cənubi Qafqaz regionunun  strateji əhəmiyyətini artıra bilər.

 

“ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsinin Azərbaycana birbaşa yox,dolayısı təsiri ola bilər. Köhnə sanksiyalar aradan qalxandan sonra,bu il bizim İranla ticarət dövriyyəsinin həcmi bir qədər artıb.Bununla belə Azərbaycanın İranla ticarət əlaqələri böyük deyil.Son 10 ildə iki ölkə arasında ticarət dövriyyəsinin orta illik həcmi 200-300 milyon dollar arasında olub.Son illər Azərbaycanın xarici ticatət dövriyyəsində İranın payı 1,2 faiz, o cümldən idxalda payı- 2 faiz, ixracda 0,5 faiz olub. Bundan sonra da sanksiyalar altında olan İrandan daha fəal iqtisadi fəaliyyət gözləmək olmaz.Deməli bir qədər aşağı,bir qədər yuzarı olmaq şərtilə həmin nisbət bundan sonra da davam edəcək.Bununla belə sanksiyalar şəraitində də Azərbaycan İran əlaqələri mümkün istiqamətlərdə inkişaf edəcək.Məsələn, energetika və nəqliyyat sahələrində Azərbaycan-İran layihələrinin yaxşı potensialı var. Şimal- cənub nəqliyyat dəhlizi  və  bir sıra birgə layhərin reallaşdırılması sahəsində işlər davam edəcək”.

 

     

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...