Modern.az

Daşqınlar 37 nəfərin həyatına son qoydu

Daşqınlar 37 nəfərin həyatına son qoydu

11 Avqust 2018, 20:56

Hindistanda daşqınlar 37 nəfərin həyatına son qoyub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kerala ştatında vəviyyət daha gərgin olub.

 

Məlumata görə, daşqınlar səbəbindən 15,6 mindən artıq insan təxliyə edilib və ştatda xəsarət alanlara təcili yardım göstərilməsi üçün 500-dən artıq məntəqə açılıb.

 

Təxliyə və təcili yardım işlərini ordu, hərbi-dəniz qüvvələri, hərbi-hava qüvvələri, sahil mühafizəsi və təbii fəlakətlərə milli reaksiya qüvvələri həyata keçirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı