Modern.az

ABŞ-ın yeganə müttəfiqi dollardır

ABŞ-ın yeganə müttəfiqi dollardır

Dünya

12 Avqust 2018, 00:49

“ABŞ-ın sanksiyalar tətbiq etdiyi ölkələrə düşmən münasibəti özünü doğrultmayacaq”. Modern.az yerli mediaya istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bildirib.

 

Binəli Yıldırım qeyd edib ki, Avrasiyada İran, Rusiya və Türkiyəyə düşmən münasibət hər gün inkişaf edir: “Bizim dövlətlərin sıx əməkdaşlığı və həmrəyliyini nəzərə alaraq, bu münasibət özünü doğrultmayacaq. ABŞ-ın tək bir müttəfiqi var, o da dollardır”.

 

Qeyd edək ki, iki ölkənin münasibətləri ABŞ prezidenti Donald Trampın alüminium və poladin idxal rüsumlarını müvafiq olaraq 20 və 50 faiz yüksəltməsindən sonra daha da pisləşib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?