Modern.az

“Qarabağla bağlı danışıqların bərpası hazırlıq tələb edir” - Paşinyan

“Qarabağla bağlı danışıqların bərpası hazırlıq tələb edir” - Paşinyan

12 Avqust 2018, 01:09

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpası üçün müəyyən hazırlıq mərhələsi lazım gələ bilər”. Modern.az “RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

 

"Biz artıq bəyan etmişik ki, hadisələrin istənilən inkişaf ssenarisinə, o cümlədən danışıqların bərpasına hazırıq, lakin düşünürəm ki, hamı başa düşür ki, danışıqlar prosesi üçün, xüsusilə də hazırkı siyasi şəraitdə müəyyən hazırlıq mərhələsi lazımdır, müəyyən zəmin yaranmalıdır", - deyə baş nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu