Modern.az

İlqar Məmmədov azadlıqda

İlqar Məmmədov azadlıqda

Aktual

13 Avqust 2018, 12:09

REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədov bu gün azadlığa çıxıb. 

 

Modern.az xəbər verir ki, Şəki Apelyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İ. Məmmədov azadlığa buraxılıb.

Qərara əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, İ.Məmmədovun barəsində şərti azadlıqdan məhrum etmə qərarı verilib. O, məhkəmə zalından azadlığa buraxılıb, ölkədən çıxışına isə qadağa qoyulub. 

 

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin 2017-ci ilin noyabrında İ.Məmmədovla bağlı ikinci qərarından sonra Ali Məhkəmənin Plenumu iyunun 29-da onun əsasında REAL sədrinin işinə baxıb. Plenumun qərarıyla İ.Məmmədovun 7 illik həbsinə dair hökmü qüvvədə saxlayan kassasiya və apellyasiya instansiyalarının qərarları ləğv edilib. İş yenidən baxılmasından ötrü Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

 

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır