Modern.az

Uşaq düşərgəsində 65 nəfər xəstəxanalıq oldu

Uşaq düşərgəsində 65 nəfər xəstəxanalıq oldu

13 Avqust 2018, 13:09

Dağıstanın Şamil rayonunda uşaq düşərgəsində kütləvi şəkildə zəhərlənmə hadisəsi baş verib.

 

Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, nəticədə 61-i uşaq olmaqla ümumi 65 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub.

 

“Avqustun 12-dən 13-nə kimi 61-uşaq, 4-ü xidməti personal olmaqla 65 nəfər kəskin bağırsaq infeksiyası əlamətləri ilə Şamil rayon xəstəxanasına qaldırılıb. İlkin epidemioloji nəticələrə görə, infeksiya qida vasitəsi ilə ötürülüb” – Dağıstan Səhiyyə nazirliyinin nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə zəhərlənən uşaqların vəziyyəti orta və yüngül olaraq qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alanlara yardıma məqsədi ilə Dağıstan Səhiyyə Nazirliyinin və Respublika infeksion xəstəliklər mərkəzinin mütəxəssisləri Şamil rayonuna göndərilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir