Modern.az

77 yaşlı Elmira Rəhimova pessimist DANIŞDI: “Doğum günündən zəhləm gedir”

77 yaşlı Elmira Rəhimova pessimist DANIŞDI: “Doğum günündən zəhləm gedir”

13 Avqust 2018, 13:19

Bu gün Azərbaycanın Xalq artisti Elmira Rəhimovanın doğum günüdür.  Müğənninin 77 yaşı tamam olur.

 

Elmira Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə 1965-ci ildə Azərbaycan Dövlət Musiqi Texnikumunu,  1970-ci ildə isə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib.  50-ci illərin sonunda hind mahnılarının məşhur  ifaçısı kimi tanınıb, Hindistanın Baş Naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Azərbaycan  bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. Anand adında bir oğlu və iki nəvəsi var.

 

Modern.az saytı doğum günündə Xalq artisti ilə əlaqə saxlayaraq, təəssüratlarını öyrənib. Elmira xanım bildirib ki, doğum günlərini keçirməyi sevmir:

 

“Mənim doğum günlərindən zəhləm gedir. Bilirsiniz, ömür boyu yollarda olmuşam, müxtəlif  ölkələri gəzmişəm. 

 

Kollektivimizdə də çox adam olub.  Bir insana da  doğum günümü bildirməmişəm və bu günü də qeyd etməmişəm. Ona görə də öz payıma danışıram,  bu gündən zəhləm  gedir. Vallah, xoşlamıram. Sözlərimi səhv anlamayın. Heç vaxt doğum günümü keçirməmişəm,  heç kəsə əziyyət vermək istəmirəm. Allah bütün xalqımıza can sağlığı versin. Sağlam olanda hər şey yaxşı olur”.

 

E.Rəhimova səhhətinin yaxşı olmadığını  deyib:

 

“Canım sağ deyil. Səhər açılır, dərmanları axşama qədər bir-bir atıram. Artıq hansını  nə vaxt atacağımı da bilmirəm. Allah heç kəsin can sağlığını əlindən almasın”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür